Yanvarın 24-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək.
“Azəriqaz”dan e-huquq.az-a verilən məlumata, baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Siyəzən və Xızı rayonlarında vətəndaşların fikirlərini dinləyəcək. Görüşün hər 3 rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb. Vətəndaş qəbulu məkanları barədə Xaçmaz Regional qaz istismarı İdarəsindən, eləcə də Siyəzən və Xızı rayonlarındakı qaz xidmət sahələrindən məlumat əldə edə bilərsiniz.
