Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi məlumat yayıb.
"Elazığdan oyla çıxan ilk avtobusdakı 42 tələbəmiz artıq Naxçıvana çatdırılıb", – deyə səfirliyin məlumatında bildirilir. Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.
