Məzmuna keç

Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.