Məzmuna keç

Tanınmış hakim vəkil kimi fəaliyyət göstərəcək

Uzun müddət Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Əlisultan Osmanov vəkillik fəaliyyətinə başlayır.

E-huquq.az-ın xəbərinə görə, Ə. Osmanov Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilən şifahi müsahibədə iştirak edərək vəkilliyə qəbul olunub.

Ə. Osmanovla yanaşı daha 2 keçmiş hakim – Ağayev Namiq Qəzənfər oğlu və İsmayılov Tahir Abdulrəhim oğlu da vəkillik fəaliyyətinə başlayır.

Qeyd edək ki, Ə. Osmanov yaş həddi ilə bağlı təqaüdə göndərilmişdi.