Məzmuna keç

Seçkilərdə “exit poll” keçirəcək təşkilatların sayı artdı

Seçkilərdə “exit poll” keçirəcək təşkilatların sayı artdı

Milli Məclisə seçkilərdə 5 qurum “exit poll” keçirəcək.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, artıq "exit-poll" keçirmək istəyən təşkilatların müraciətlərinə baxılması müddəti bitib və "exit-poll" keçirmək üçün müracit edən təşkilatların müraciətinə müsbət cavab verilib.

Qeyd edək ki, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.