Məzmuna keç

Tets imtahanından uğurla keçən vəkilliyə namizədlərin sayı açıqlandı

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Mərkəzdən e-huquq.az-a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.

İmtahan kompüter vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

İimtahanda iştirak etmək üçün 240 namizəd qeydiyyatdan keçib, 7 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 233 namizəddən 135 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.