Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün 4264 nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edib.
E-huquq.az Secki-2020.az saytına istinadla xəbər verir ki, bunu MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.
Ş. Əsədli bildirib ki, müraciət edənlərin hamısı qeydə alınıb.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə bağlı bütün seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti 2020-ci il yanvarın 30-dək olan dövrü əhatə edib.
