Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşü keçirilib.
E-huquq.az-ın məlumatına görə, çoxsaylı secicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayanıblar.
Fəzail Ağamalı dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayanıb. Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli Liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi və ölkə prezidenti cənab İlham Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri üzərində dayanıb.
Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər.Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda ona uğurlar arzulayıblar.
Seçicilərlə görüşdən sonra Fəzail Ağamalı torğaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhid Salahov İntiqamın atası Salahov İsrafil və şəhid Maarif Zeynalabdinovun anası Sürəyya xanımı ziyarət edib.
