Məzmuna keç

Eldar Nuriyev vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxdı

Ədliyyə nazirinin müavini Eldar Nuriyev Qubada vətəndaşları qəbul edib

Fevralın 4-də ədliyyə nazirinin müavini Eldar Nuriyev Quba şəhəri Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

E-huquq.az-ın məlumatına görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Quba şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib.

Səfər çərçivəsində nazir müavini həmçinin, yerli məhkəmə və ədliyyə qurumlarının iş şəraiti, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Quba "ASAN" xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.