Avropa İttifaqı Şurası Maqdalena Qrononu Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndə təyin edib.
E-huquq.az xəbər verir ki, o, sentyabrın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.
M.Qrono səlahiyyət müddətində BMT və ATƏT-in müvafiq strukturları ilə birlikdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də fəaliyyət göstərəcək.
Qeyd edək ki, Maqdalena Qrono bu postda səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.
