Məzmuna keç

Seçkilərdə veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdırıldı

Seçkilərdə veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdırıldı

Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb.

E-huquq.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədrinin müavini qeyd edib ki, vebkameraların yoxlanılması, hazır vəziyyətə gətirilməsi başa çatdırılıb: “Bununla bağlı texniki və digər işlər görülüb”.

O bildirib ki, 119 seçki dairəsi üzrə 1000 vebkamera quraşdırılıb. İclasda vebkamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib.