"31 saylı Suraxanı ikinci seçki dairəsi ciddi nəzarətdə saxlanılacaq".
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK-ya Fərəc Quliyevlə bağlı daxil olan şikayətdə bildirilib ki, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quliyev isə bu iddianın əsassız oduğunu bildirib. MSK-nın şikayətlə bağlı qərarında şikayət qismən təmin olunub və F.Quliyevə xəbərdarlıq edilməsi təklif edilib.
MSK sədri M.Pənahov deyib ki, səsvermə günü dairədə olan bütün proseslər ciddi nəzarətdə saxlanılacaq. O, yayılan səs yazısı ilə bağlı Baş Prokururluğa müraciət oldunduğunu xatırladıb: "Prokurorluq məsələni araşdırıb qərar verdikdən sonra biz bu məsələyə yenidən baxacağıq".
