Məzmuna keç

Sabiq hakim Mansur İbayev vəfat etdi

Azərbaycanda sabiq məhkəmə hakimi Mansur İbayev vəfat edib.

E-huquq.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

O, Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-2000-ci illərdə Ali Məhkəmənin üzvü, 2000-2012-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə-Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində çalışıb.

M.İbayev 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib.