Milli Məclisə seçkilərdə 6477 seçki məntəqəsi fəaliyyət göstərir.
E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, onlardan 6343 daimi, 134-ü isə müvəqqəti seçki məntəqələridir: “Seçicilərin sayı isə 6 421 073 nəfərdir”.
