Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.
E-huquq.az xəbər verir ki, rayon sakini, 1995-ci il təvəllüdlü X.Piroğlanov mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a bildirilib ki, hadisəni törətməkdə Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Oruc Abdullayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
