Məzmuna keç

FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı

Qusarda ötən gün meyiti tapılan 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlu əvvəllər Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb.

E-huquq.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, o, öz arzusu əsasında vəzifəsindən azad olunub.