Məzmuna keç

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olundu

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub.

Bu barədə e-huquq.az-a DİN Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb.

Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri – R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.