Məzmuna keç

AMEA prezidenti Ramiz Mehdiyev Aytən Mustafayevaya yubiley medalını təqdim etdi – FOTO

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasın gündəliyindəki əsas məsələ AMEA-nın İctimai Elmlər Bölməsi və Naxçıvan Bölməsinin hesabat verməsinə həsr edilib. AMEA- nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin təqdim etdiyi məruzə zamanı, AMEA Hüquq və İnsan Haqları İnstitutunun da 2019 –cu il ərzində gördüyü işlər səsləndirilib.

Tədbirin əvvəlində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadəyə yubiley medalını təqdim edib.