Məlum olduğu kimi, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
E-huquq.az-ın məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər arasında Vəkillər Kollegiyasının üzvləri də var.
Həmin namizədlərdən bəzilərini təqdim edirik:
Hacızadə Yalçın Akif oğlu – 17 saylı Yasamal üçüncü Seçki Dairəsi

Əliyev Orxan Heybət oğlu – 43 saylı Sumqayıt ikinci Seçki Dairəsi

Səttarov Fərhad Qəhrəman oğlu – 59 saylı Quba Seçki Dairəsi

İsmayılov Sərdar Əbülfət oğlu – 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi

Cəfərov Rəsul Ağahəsən oğlu – 52 saylı Yevlax Seçki Dairəsi

Seyfəlov Yusif Kamil oğlu – 15 saylı Yasamal birinci Seçki Dairəsi

Şəbnəm Mehdizadə
