Məzmuna keç

Deputatlığa namizədlərin sayı açıqlandı

Parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib

“Sabah keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir”.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: “Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir”.