Məzmuna keç

Seçicilərin sayı açıqlandı

Milli Məclisə seçkilər sabah-fevralın 9-da keçiriləcək

Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.

Qeyd edək ki, Milli Məclisə seçkilər sabah-fevralın 9-da keçiriləcək.