Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.
M.Pənahov bildirib ki, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
MSK sədri vurğulayıb ki, onlar 58 ölkə vətəndaşlarıdır.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.
