Məzmuna keç

Azərbaycanda növbədənkənar parlament seçkilərini 110 mindən çox yerli müşahidəçi izləyəcək

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müşahidəçilər azad şəkildə məntəqələrdə seçki prosesini izləyəcəklər: "Media nümayəndələrinə isə ümumiyyətlə, heç bir məhdudiyyət və qeydiyyat tələbi yoxdur. Jurnalistlərdən səsvermə günü bölgələrdən, xüsusilə də Qarabağdan prosesi bütün dünyaya çatdırmağı xahiş edirəm".