Məzmuna keç

Şəkidə heyvana işgəncə verən şəxslə bağlı tədbir görüldü

Sosial şəbəkələrdə Şəkidə inəyə qarşı işgəncə verilməsi ilə bağlı yayılan videogörüntülər araşdırılıb.

E-huquq.az-ın məlumatına görə, həmin şəxsin Şəki rayon sakini Y.İbadullayev olduğunu polis müəyyən edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Orxan Rasifoğlu