Məzmuna keç

MSK veb-kameraların üstünün bağlanması ilə bağlı məlumatlara münasibət bildirdi

MSK veb-kameraların üstünün bağlanması ilə bağlı məlumatlara münasibət bildirdi

"Səhər saatlarında bəzi sosial şəbəkə veb-kameraların üstünün örtülməsi ilə bağlı məlumatlar paylaşılıb. Biz bunu paylaşanlara təşəkkür edirik".

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, bütün məntqələrdə veb-kameralar tam olaraq fəaliyyət göstərir: "Heç bir veb-kameranın üstü örtülmür. Yalnız təhlükəsizlik kameralarının üstü bağlanıb".