Məzmuna keç

Zelenski F-16 qəzasından sonra Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxardı

Volodimir Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını vəzifəsindən azad edib.

E-huquq.az xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb.

“Nikolay Nikolayeviç Oleşçuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.

Qeyd edək ki, “The Wall Street Journal” nəşri Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən birinin qəzaya uğramasına dair məlumat yayıb.

Qəzet yazır ki, əldə olunan kəşfiyyat məlumatları qırıcının Rusiya tərəfindən atılan raketlə vurulduğunu təsdiqləməyib.