Məzmuna keç

MSK sədri: Seçkilərlə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, planlı həyata keçirilib

Növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, plana müvafiq həyata keçirilib.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 6 milyon 421 min 960 nəfər seçici var.

MSK sədri bildirib ki, bu seçkilərdə 51 min 141 nəfər ilk dəfə səs verəcək.

MSK sədri bildirib ki, Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 6 min 343-ü daimi, 135-i müvəqqətidir.

6 308 851 nəfər daimi seçici qeydə alınıb.

O qeyd edib ki, onlardan 3 307 902 nəfəri qadındır.

M.Pənahov əlavə edib ki, 135 müvəqqəti seçki məntəqələri ilə daimi məntəqələrin müşahidəçilik baxımından heç bir fərqi yoxdur: "Qeydiyyatdan keçən müşahidəçilər daimi və müvəqqəti ayrılığı olmadan, bütün seçki məntəqələrində müşahidə apara bilərlər. Bunun üçün sadəcə qapalı müəssisələrin özünün daxili qaydalarına tabe olmaq lazımdır. Bu onların daxili nizam-intizamıdır".