Məzmuna keç

George Birnbaum: “Seçicilər arasında “exit-poll”da iştirak etmək istəyi çox yüksək idi”

"Oracle Advisory Group" Qarabağda da seçki prosesini izləyib. Prezident seçkilərində olduğu kimi, bu seçkilərdə də respondentlərin arasında “exit-poll”da iştirak etmək istəyi çox yüksək idi.

E-huquq.az xəbər verir ki, bu sözləri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı sentyabrın 1-də keçirilən mətbuat konfransında “exit-poll” keçirən ABŞ-ın "Oracle Advisory Group" şirkətinin nümayəndəsi George Birnbaum deyib.

Onun sözlərinə görə, seçicilər onlara ünvanlanan sualları məmnunluqla cavablandırıblar.