"Biz Bakı, Abşeron və Xızı rayonunda seçki prosesini müşahidə etdik. Missiya öz fəaliiyətini Azərbaycan Respublikası Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirdi".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyən Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Ömer Kocaman deyib.
"Nümayəndə heyəti olaraq seçki prosesindən əvvəl bir sıra məsələləri müzakirə etdik. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla da görüşümüz oldu. Sədr bizə seçki prosesinə hazırlıqlarla bağlı ətraflı məlumat verdi. Avqustun 30-da isə Azərbaycan Xarici İşlər Nazirliyində olduq və seçki prosesinə olan hazırlıqlarla tanış olduq", – deyə o bildirib.
Ö.Kocaman ümumilikdə 36 seçki məntəqəsində müşahidə apardıqlarını söyləyib: "Olduğumuz seçki məntəqələrində hər hansı neqativ hal qeydə alınmayıb. Seçicilərin səs verməsi üçün zəruri administrativ şərait yaradılıb. Seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin olması legitimliyi bir daha sübut edir".
