Məzmuna keç

Britaniyalı müşahidəçi: “Seçkilər qənaətbəxş səviyyədə keçirildi”

Britaniyalı müşahidəçi: "Seçkilər qənaətbəxş səviyyədə keçirildi"

"Biz seçkidən əvvəl və seçki günü Bakı, Sumqayıt, Gəncə, Şəki, Qəbələ, Şamaxı, Qubada seçki məntəqələrində müşahidələr apardıq".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar keçirilən mətbuat konfransında Böyük Britaniyadan olan beynəlxalq müşahidəçi Peter Duqlas Banks deyib.

O, Milli Məclisə keçirilən seçkiləri qənaətbəxş hesab edib: "Bizim ölkə ilə Azərbaycanda keçirilən seçkilər arasında fərq var. Lakin bunu müqayisə etmək ədalətsizlik olar".