Məzmuna keç

Prezident və xanımı Milana getdi –

Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İtaliyanın paytaxtından Milan şəhərinə gəliblər.

E-huquq.az xəbər verir ki, Milanın Malpensa hava limanında dövlətimizin başçısını və birinci xanımı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.