Məzmuna keç

Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 27 Sentyabr – Anım Günü ilə bağlı “X” platformasında paylaşım edib.

E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:

“27 Sentyabr – Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik”.