Məzmuna keç

Sabiq nazir məhkəmə qarşısına çıxacaq

Sabiq nazir məhkəmə qarşısına çıxacaq

İtaliyada senat sağçı “Şimal Liqası” partiyasının lideri, ölkənin sabiq Daxili İşlər naziri Matteo Salvininin toxunulmazlığını ləğv edib.

E-huquq.az xəbər verir ki, M.Salvini miqrantları daşıyan gəmini qəbul etmədiyinə görə ittiham oluna bilər.

İttihama əsasən, eks-nazir ötən ilin avqust ayında Siciliya adasının sahilində göyərtəsində 116 miqrantın olduğu gəmini qeyri-qanuni olaraq bir həftə müddətində gözlədib.

M.Salvininin partiya yoldaşları toxunulmazlığın ləğvi ilə bağlı səsvermədə iştirak etməyib və zalı tərk ediblər.

Salvini ona qarşı ittiham irəli sürüləcəyi təqdirdə məhkəmə qarşısına çıxmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin iyul ayında İtaliya prokurorluğu “Şimal Liqası”nın Rusiya ilə ehtimal edilən sövdələşməsi ilə bağlı araşdırmaya başlamışdı. Salvini Rusiyanın onun partiyasını maliyyələşdirməsi ilə əlaqədar bütün ittihamları rədd edir.

Mənbə: Report