Somalinin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Mohamed Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfliyə etibarnaməsinin surətini təqdim edib.
E-huquq.az xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Səfir Fathudin Ali Mohamed bu gün Ankarada iqamət edən qeyri-rezident səfir olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin protokol rəhbəri cənab Anar Nəcəfliyə etibarnaməsinin surətini təqdim edib”, – məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, afrikalı diplomat may ayında etibarnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmişdi.
