Məzmuna keç

Azərbaycanda qanunsuz zəbt edilmiş 7 min hektardan çox torpaq sahəsi geri qaytarıldı

Azərbaycanda qanunsuz zəbt edilmiş 7 min hektardan çox torpaq sahəsi geri qaytarıldı

Azərbaycanda qanunsuz zəbt edilmiş 7 min hektardan çox torpaq sahəsi geri qaytarılıb.

E-huquq.az xəbər verir ki, bu barədə bu gün keçirilən Ədliyyə Nazirliyinin Kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 2019-cu ildə 78.500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2.800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2019-cu il üzrə İllik Məruzə hazırlanaraq Milli Məclisə təqdim olunub.