Məzmuna keç

Neft Emalı Zavodundakı yanğınla bağlı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.

Bu barədə e-huquq.az "SOCAR Downstream Management" MMC-ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb: “Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun söndürülməsi istiqamətində işləri davam etdirir. Əlavə məlumat təqdim olunacaq”.