Məzmuna keç

MSK Elza Seyidcahanın şikayətinə baxdı

MSK Elza Seyidcahanın şikayətinə baxdı

Mərkəzi Seçki Komissiyasının iclasında 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Qasımova Elza Nuru qızının (Elza Seyidcahan) şikayətinə baxılıb.

E-huquq.az xəbər veri ki, məsələ barədə MSK-nın və Ekspert Qrupunun üzvü Qabil Orucov məlumat verib.

O qeyd edib ki, şikayət aidiyət qaydalarının pozulması üzrə daxil olduğundan müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Belə ki, bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarındadır.

MSK Elza Seyidcahanın şikayətinin 54 saylı Şabran-Siyəzən seçki dairəsinə göndərilməsinə dair qərar qəbul edib.