Moldova prezidenti Maya Sandu Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.
“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və Aİ-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, – Moldova Prezidenti paylaşımında bildirib.
