Məzmuna keç

Belarusda prezident seçkilərində səsvermə başladı

Bu gün Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 6,9 milyon Belarus seçicisi 5325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.

Səsvermə saat 20:00-da başa çatacaq.