Məzmuna keç

Tanınmış azərbaycanlı vəkil vəfat etdi

Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib.

E-huquq.az-ın məlumatına görə, bu gün Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü Nizami Bəşirov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

1968-ci il təvəllüdlü Nizami Yaşar oğlu Bəşirov Rusiyadakı azərbaycanlıların ictimai-siyasi həyatında aktiv iştirak edib. Vəkillik fəaliyyəti ilə məşğul olan Nizami Bəşirov Moskvanın "Bəşirov və tərəfdaşları" vəkillər kollegiyasına rəhbərlik edib.

Mənbə: APA