Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov vəzifəsindən azad edilib.
E-huquq.az-ın xəbərinə görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Əmrə əsasən, İ.Cəfərov başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Mənbə: Report
