Məzmuna keç

İcra hakimiyyəti internet xidmətlərinə görə 8 min manat xərcləyəcək

İmişli Rayonu İcra Hakimiyyətinin ölkədaxili telefon danışıq və internet xidmətləri ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Aztelekom" MMC Cənub Şirvan Regional filialı olub.

Məlumata görə, qalib şirkətə 8.131,8 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə