Məzmuna keç

Dövlət Komitəsi 40 min manatlıq sifariş verdi

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbəə məhsulları və dəftərxana ləvazimatlarının alınması ilə bağlı elan etdiyi tenderinin nəticəsi açıqlanıb.

E-huquq.az-ın xəbərinə görə, tenderin qalibi "Yeni Poliqrafist" MMC olub.

Məlumata görə, qalib şirkətə 39.645,58 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə