Məzmuna keç

Avtomobili məktəblilərin üzərinə sürdü, 2 şagird yaralandı

Türkiyənin paytaxtı Ankarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Beypazarı rayonunda idarəetməni itirən sürücü avtomobillə şagirdlərin üstünə çıxıb.

Hadisə nəticəsində 2 şagird yaralanıb.

Sürücü avtomobillə hadisə yerindən qaçıb.

Yaralılar Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb.

Şəbnəm Mehdizadə