Məzmuna keç

Suraxanı Tibb Mərkəzi 14 min manatlıq sifariş verdi

Suraxanı Tibb Mərkəzi Publik Hüquqi Şəxsinin maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatının (SERP) modullarına texniki dəstək xidmətləri ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi SİNAM MMC olub.

Məlumata görə, qalib şirkətə 14.160 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə