Məzmuna keç

Türkiyə və İran XİN başçıları arasında telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli məsələləri müzakirə ediblər.

Onlar həmçinin Fələstindəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.