Fransa süni intellektə 109 milyard avro sərmayə qoyacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron qarşıdakı illərdə süni intellektə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayıb.
Makron Fransa və Hindistanın həmsədrliyi ilə Parisdə keçiriləcək Beynəlxalq Süni İntellekt Fəaliyyət Sammiti öncəsi Fransanın "France 2" televiziya kanalına verdiyi müsahibədə bu sahəyə qoyacaqları sərmayə ilə bağlı açıqlama verib.
O bildirib ki, bu investisiyanın ABŞ-nin "Stargate" layihəsinə "ekvivalent" olacağını qeyd edib.
Makron süni intellekt sahəsində dövlət və özəl aktorlar arasında əməkdaşlığı təmin edəcək "qlobal tənzimləmə"yə və ölkəsinin bu "yeni tərəqqi dövrünə" qoşulmasına çağırıb.
Emmanuel Makron, həmçinin bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gəncin olduğunu və bu rəqəmin 100 minə çatdırılacağını bildirib.
Şəbnəm Mehdizadə
