Məzmuna keç

Qaldırıcı kran qırıldı: 1 fəhlə öldü, digərinin vəziyyəti ağırdır

Türkiyənin Çorum şəhərində qaldırıcı kranın qırılması nəticəsində 1 işçi ölüb, 1-i yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Çorum Dövlət Xəstəxanasının tikintisi zamanı baş verib.

Kran səbəti trosun qopması nəticəsində 3-cü mərtəbədən yerə düşüb.

Qəzada ağır yaralanan 2 fəhlə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Onlardan biri dünyasını dəyişib, digər yaralının vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə