Məzmuna keç

Rusiyada ağır yol qəzası olub, ölən və yaralılar var

Rusiyanın Leninqrad vilayətində yük maşını mikroavtobusla toqquşub.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Fakla bağlı araşdırma davam edir.

Humay Eminqızı