Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, Antalyanın Qazipaşa rayonunda şagirdləri daşıyan servis avtobusu ilə yük maşını toqquşub.
Yol qəzasında 21-i şagird olmaqla 24 nəfər xəsarət alıb.
Yaralılar Qazipaşa Dövlət Xəstəxanasına aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
